Süni intelektin inkişafı ilə təqdim olunan yeni botlardan biridə Chatgpt-dir. Onun haqqında
müəyyən məlumlar qeyd edilmişdir. Bu günki mövzumuz isə ChatGPT ilə hansı SEO işləri görə bilərik ilə əlaqəlidir.Bildiyimiz ki ChatGPT sorğu vasitəsi ilə işləyən bir platforma olduğu üçün , siz oradan lazım olan soğruları qeyd edirsiniz. Daha sonra sorğuya uyğun nəticələri əldə bilərsiniz. ChatGPT ilə sizin araşdırmanızda fərq budur ki, siz bir neçə səhəifəyə baxana qədər o bütün səhifələri analiz edib ən yaxşı nəticəni sizə təqdim edir. Bu tip botların yaranması həmdə SEO sahəsində bir çox işlərin görülməsini asanlaşdırır. Onun bizə qazandırdığı ən önəmli xüsusiyyəti sürəti ilə əlaqəlidir. Amma bu botların hazırladığı məqalələrin dublikat məzmun olma ehtimalı da vardır. Buna görə məzmunları hazırladıqdan sonra bəzi testləri və yoxlamaları etməyiniz məsləhətdir.
Məzmunlarınızı test etmək üçün AI Kontent Analiz alətlərindən istifadə edə bilərsiniz.
Chatgpt ilə görülən SEO işləri:
1. SEO Başlıq (Title) hissəsinin yazılması
Siz sadəcə qeyd edirsiniz ki, bu açar söz daxil olan title-ı hazırla. Burada Azərbaycan dilində hazırla kimi qeyd edərək nəticələri əldə edə bilərsiniz.
2. SEO Təsvir (Description) hissəsinin yazılması
Siz asanlıqla söz sayı limiti qeyd edə, açar sözləri əlavə edərək asanlıqla səhifələriniz üçün SEO-ya uyğun təsvirlər yarada bilərsiniz. Bunun üçün önəmli olan fikirləri dəqiq ifadə etməkdir, qısası botu düzgün başa salmaq.
3. SEO -ya uyğun açar sözlərin seçilməsi
Hər hansı açar sözü araşdırmaq istəsəniz, bura adını qeyd edərək uyğun nəticələri qısa zaman ərzində əldə edə bilərsiniz.
4. Bloq mətnlərinin yazılması
Artıq bloq yazıları yazmaq üçün uzun müddətli zaman sərf etməyə ehtiyac qalmadı. Chatgpt vasitəsi ilə siz SEO-ya uyğun və faydalı bloqlar yarada biləcəksiniz.
5. Sayt daxili mətnlərin yazılması
Yeni açılan saytların xidmətlər, məhsullar kimi bölmələrinə məlumatlar əlavə etmək üçün ChatGPT sizin işinizi çox asanlaşdırmış olacaq.
6. Xəbərlərin yazılması
Müxtəlif saytlara baxmadan burada istənilən xəbər haqqında qeyd edə və məlumat əldə edə bilərsiniz. Ən son SEO-ya uyğun xəbərləri əldə edib saytınızda paylaşa bilərsiniz.
7. Texniki tapşırıqlar üçün sorğuların göndərilməsi
Texniki problemlərlə qarşılaşdıqda onun həllini bir çox saytlarda axtarmaq əvəzinə icazə verin ChatGPT sizin üçün bunları etsin. Problemin səbəbini və həllini birbaşa təqdim edərək sizə zaman qazandıracaq.
ChatGPT-dən necə istifadə edə bilərəm ?
ChatGPT istifadəsi Azərbaycanda da mümkündür. Siz sadəcə email ünvanınızı qeyd edirsiniz, sonra nömərinizə gələn kodu daxil edirsiniz. Bununla da çox asanlıqla bu süni intelekt botundan sitifadə edə bilərsiniz.
Qeydiyyat üçüm chat.openai.com saytına daxil olaraq yuxarıdakı amilləri nəzərə alaraq qeydiyyatdan keçə bilərsiniz. ChatGPT vasitəsi ilə SEO işlərinə çəkilən zaman müddətini minimallaşdıra bilərsiniz.