SEO xidmətləri - SEO portal seo.az
SEO optimizasiya veb saytların axtarış sistemlərində daha ön sıralara çıxması üçün görülən işlərin məcmusudur. SEO, ingilis dilində Search Engine Optimization sözlərinin qısaldılmış formasıdır. Məqsəd veb saytların axtarış motorlarının nəticələri səhifəsində (SERP)daha yaxşı yer tutmaqdır.SEO ilə veb saytınızın performansını artıra və daha çox ziyarətçi əldə edə bilərsiniz.
Bu sual bir çoxlarının ağlına gələ bilər. Düşünə bilərsiniz ki, mən saytım üçün lazım olan trafiki sosial media paylaşımlarından və ya Google reklamlarından əldə edirəm, bir də bunun üçün niyə əlavə büdcə, resurs ayırım?- Təbii ki, digər kanallar da önəmlidir, lakin SEO işləri nəticəsində əldə edəcəyiniz orqanik trafik bir çox üstünlüklərə malikdir.
Biz sizə kompleks SEO xidməti təqdim edirik. Kompleks SEO xidmətlərimizlə, açar sözlər ilə saytınıza orqanik trafik çəkə və hədəf auditoriyanıza rahatlıqla çata bilərsiniz.
Daha ƏtraflıOnlayn mağazanızı Google axtarış sistemi üçün optimizasiya etmək sizə təklif etdiyiniz məhsul və xidmətlərlə maraqlanan hədəf kütlənizin qarşısına çıxmaq imkanı verəcək.
Daha ƏtraflıSEO audit xidməti veb-saytınızın axtarış sistemlərində zəif nəticələr əldə etməsinin ən əsas səbəblərini aşkarlamaq üçün ən effektiv və sürətli yoldur.
Daha ƏtraflıGoogle reklam xidmətləri ilə istədiyiniz kütləyə ən uyğun məcrada və formada görünə bilərsiniz. Google Ads xidmət və məhsullarınızı daha çox insana çatdırmağın ən ideal yoludur.
Daha ƏtraflıOnline Reputation Management (ORM) – fərdlər və ya qurumlar haqqında onlayn mühitdə müsbət imic formalaşdırmaq üçün lazım olan PR strateqiyalarından biridir.
Daha ƏtraflıYouTube Google-dan sonra ən böyük axtarış sistemidir. YouTube SEO xidmətimizdən yararlanaraq hədəf kütlənizə çataraq markanızın populyarlığını artıra bilərsiniz.
Daha ƏtraflıAxtarış motorunun optimallaşdırılması (SEO) və axtarış motoru marketinqi (SEM) rəqəmsal marketinqin iki vacib komponentidir. Hər…
Veb sayt trafiki hər hansı bir onlayn biznesin və ya veb saytın can damarıdır. Bu,…
Search Engine Optimization (SEO) rəqəmsal marketinqin ən vacib aspektlərindən biridir. SEO axtarış motorları və istifadəçilər…
SEO-nun məqsədi sözlərə əsaslanaraq Google-da və ya hədəflənmiş axtarış sistemində veb saytları yüksək yerlərə yerləşdirməkdir. Daha yüksək yer tutan saytlar daha çox klik alır. Daha çox ziyarətçi hər bir veb-sahibkarı sevindirir, lakin burada ən vacib potensial müştəri ola biləcək istifadəçilərin sayıdır. Başqa sözlə, daha çox ziyarətçi əldə etmək üçün deyil, daha çox müştəri əldə etmək üçün Axtarış Motoru Optimizasiyası etməlisiniz.
Bu sahədə təcrübəniz yoxdursa, SEO mütəxəssisi ilə işə başlaya bilərsiniz. Düzgün mütəxəssis tapmağınızdan əmin olmağı məsləhət görürəm. Çünki şüursuz iş saytınıza ciddi ziyan vura bilər.
Əksər mütəxəssislər adətən aşağıdakı xidmətləri təklif edirlər:
Açar sözlər Axtarış Motoru Optimizasiyası strategiyanız üçün vacibdir. Buna görə də analitik yanaşmadan istifadə etməlisiniz. Əvvəlcə potensial ziyarətçinizi düşünün. O, hansı axtarışla məşğuldur, nə istəyir? Səhifənizi yüzlərlə fərqli söz üçün optimallaşdıra bilməzsiniz. Buna görə də biz çox konkret sorğular seçməliyik və nəyi optimallaşdıracağımıza qərar verməliyik.
Nəzərə almaq lazım olan 3 vacib şey var: Tezlik, Rəqabət və Uyğunluq.
Açar söz tədqiqat prosesi uyğunluq (Açar söz həcmi), tezlik (insanların nə qədər axtarması) və rəqabət (bazarın nə qədər rəqabətli olması) arasındakı əlaqədir.
Açar söz araşdırması apararkən məqsəd hazırladığımız məzmunu təsvir edən vacib açar sözləri seçməkdir. Bu, bizi axtarış motorlarında daha ön sıralarda çıxaracaq və potensial müştəri qazanmaq üçün bizə əlavə imkanlar yaradacaq.
Adından da göründüyü kimi sayt daxili SEO vebsaytda edilən dəyişikliklərli optimallaşdırma növüdür. Məzmununuzun istifadəçilərə necə göstərildiyini bilmək vacibdir. Başlıq, meta təsvir və veb-sayt URL-si veb saytınızı optimallaşdırmağa başlayanda təkmilləşdirməli olduğunuz ilk məsələlərdir.
Veb saytınızdakı hər bir səhifə üçün unikal başlıq və təsvir daxil etməlisiniz. Siz həmçinin aydın və intuitiv URL strukturunuz olduğundan əmin olmalısınız.
Aşağıdakı nüanslara diqqət etməyiniz məsləhətdir;
Siz həmçinin bəzi dizayn və texniki məsələləri yoxlaya bilərsiniz. Bütün bunlar reytinqinizi yaxşılaşdırmağa və daha çox trafik əldə etməyinizə kömək edəcək.
Off-Page optimallaşdırma veb-saytı kənardan dəstəkləmək və onun fəaliyyətini artırmaq üçün görülən işlərdir. Burada ilk ağla gələn geri bağlantılardır. Off Page SEO işlərində ən vacib amil backlinklər olsada, təkcə bu kifayyət deyildir.
Axtarış motorunun optimallaşdırılmasına təsir edən saytdan kənar kanallar bunlardır:
Hədəf auditoriyanızın aktiv olduğu kanallar vasitəsilə bu cür tədqiqatların aparılması Axtarış Motoru Optimizasiyası səylərinizə birbaşa dəstək verir. Bu sahədə uğur, şübhəsiz ki, Off-Page optimallaşdırma ilə gələn bir məsələdir. Odur ki, saytın təməlini qoyduqdan və yüksək keyfiyyətli məzmun dərc etdikdən sonra onu bu tip fəaliyyətlər ilə dəstəkləməlisiniz.
Axtarış Motoru Marketinqi (SEM) investisiya gəliri (ROI) üçün optimallaşdırmağa dəyər yüksək performanslı açar sözləri tapmağa kömək edə bilər. Orqanik trafikinizin artmasını gözləmək əvəzinə, Google Ads kampaniyasına başlaya bilərsiniz. Bu yolla istifadə etdiyiniz açar sözlər arasından böyük potensiala malik sözləri müəyyən edə bilərsiniz.
Google reklamları sayəsində siz həm də konversiya gətirən sözləri müəyyən edə və bu sözlərə diqqət yetirə bilərsiniz. Vaxt itirmədən, orqanik trafik vasitəsilə gələn ziyarətçilər ilə həm trafikinizi, həm də gəlirinizi artıra bilərsiniz. Bununla belə, hədəflədiyiniz açar sözləri ilə SEO tədqiqatlarına başlayın və mütləq bu sözlər üçün Google Ads büdcəsini azaltmayın, bu sözləri hədəfləməyi dayandırmayın. Bu iki kanalı birlikdə istifadə etmək daha yaxşı olardı.
Yaxşı SEO keyfiyyət göstəricisini artırır və Google ADS kampaniyalarına kömək edir. Bu, klik və kampaniya üzrə ümumi xərcləri azaldacaq, həmçinin uğur şansınızı artıracaq.
SEO mövzusunda suallarınıza cavab tapmaq üçün formu dolduraraq bizə müraciət edə bilərsiniz.
Axtarış motorlarında daha yaxşı performans əldə etməyin yolu daha yaxşı məzmun yaratmaqdır.
İstifadəçiyə lazım olan və onlara istədiklərini verəcək məzmun yazmalıyıq.
Bu məzmunları yazarkən SEO-ya uyğun hazırlamaq bizə daha çox görünürlük və klik gətirəcək.
Rəqib analizi SEO strategiyanızın hər tərəfini öyrənə biləcəyiniz və saytınızın organic trafikini artıra biləcəyiniz mühüm mənbədir.
Rəqiblərinizin zəif və güclü tərəflərini tapıb ondan yararlanıb, Saytınızı ilk sıralara çıxara bilərsiniz.
Saytın Texniki problemlərinin aşkarlanması onun həlli yollarının tapılıb icra olunması.
Ən çox qarşılaşılaşılan problemlər:
Saytın sürətlə bağlı problemləri.
404 Not Found səifələrinin mövcudluğu.
Saytın bəzi səifələrinin index-ə alınmaması.