/

Yandex -in axtarış sıralama faktorları

Keçmiş Yandex işçisi 1922 axtarış sıralama faktoru da daxil olmaqla, bir çox Yandex məhsullarının mənbə kodunu sızdırıb. Fayl ölçüsü 44,7 GB; təşkil edir.Burada Yandex axtarışı, Yandex xəritələri, Alice (süni intellekt …

  • Ulvi Bayramov
  • 31 Yanvar 2023
  • 1,056 dəfə oxundu
  • 0
  • 0 bəyənmə
img img
yandex-siralama-faktorlari

Keçmiş Yandex işçisi 1922 axtarış sıralama faktoru da daxil olmaqla, bir çox Yandex məhsullarının mənbə kodunu sızdırıb. Fayl ölçüsü 44,7 GB; təşkil edir.Burada Yandex axtarışı, Yandex xəritələri, Alice (süni intellekt köməkçisi), Yandex taksi(Uber), Yandex Direct (reklam xidməti), Yandex mail, Yandex disk, Yandex market, Yandex səyahət, Yandex 360, Yandex Pay və Yandex Metrika məhsullarının mənbə kodları var.

Yandex Sıralama faktorlarının axtarış nəticələrinə təsiri

Reytinq faktorları axtarış motorlarının necə işlədiyini göstərir. Əldə edilən məlumatlar, xüsusən də veb dünyası üçün olduqca diqqətəlayiqdir. Çünki dünyanın ən böyük bazar payına sahib dördüncü axtarış sistemi olan Yandex-in istifadə etdiyi axtarış sıralama amilləri, Google kimi axtarış sistemlərinin texnologiya baxımından necə işlədiyini ortaya qoyur. Bundan əlavə, sızan məlumatlara yalnız Yandex nöqteyi-nəzərindən baxmaq lazım deyil. Çünki Yandex-in istifadə etdiyi sıralama faktorları axtarış nəhəngi Google-un internet saytlarını necə sıralamasına da işıq salır.

Google və Yandex-də istifadə olunan sıralama faktorları bənzərlikləri

Nəzəri olaraq, Google və Yandex-də istifadə olunan sıralama alqoritmlərinin əksəriyyəti oxşar şəkildə işləyir. Əlavə olaraq, Yandex-də bir çox keçmiş Google işçilərinin olduğunu da nəzərdən qaçırmaq olmaz. Lakin bu o demək deyil ki, sızan sıralama faktorları tam olaraq Google-a da aiddir. O qədər ki, Google-da daha çox sıralama faktoru var və onların reytinqlərdə çəkisi fərqlidir.İnternet resurslarında 1922- yə yaxın yandex sıralama faktorları sızdırılmışdır.Aşağıda Yandex axtarış nəticələrində sıralama üçün bir sıra önəmli faktorların siyahısını sizə təqdim edirik:

  • PageRank – Hər nə qədər Google üçün artıq əsas faktorlardan hesab olunmasa da Yandex üçün öz əhəmiyyətini itirməyib
  • URL-lərdə qeyd olunan nömrələr reytinq üçün pisdir
  • URL-lərdə çoxlu slash ( / ) işarəsinin olması sıralama üçün pisdir
  • İstifadəçi davranışı ilə əlaqəli bir çox sıralama faktoru – CTR, Last-click (son klik), Time on site (saytda keçirilən vaxt) , Bounce rate önəmlidir
  • Saytda qeyd olunan sənəd və digər faylların yaşı və son yeniləmə tarixi hər ikisi sıralama faktorlarıdır
  • Bütün sorğular üzrə orta domen mövqeyi sıralama faktorudur
  • Crawl depth mühüm rankinq faktorudur
  • Orphan page (Linklənmədən kənar qalmış səhifələr) –lərin çoxluğu
  • Əsas səhifələrdən gələn backlink –lər daxili səhifələrdən daha vacibdir
  • Səhifəyə müəyyən bir müddətdən sonra qayıdan istifadəçilərin olması (revisit)
  • Reklam trafikinin ümumi səhifə trafikinə nisbəti
  • Vikipediyadan gələn trafik reytinq faktorudur
  • URL- lərin qısa olması
  • Səhifədə böyük həcmli şəkillərin yer alması
  • Kontent daxilindəki sözlərə istifadəçi tərəfindən “click” olunması
image
Ulvi Bayramov

SEO Mütəxəssisi

Ümumi 7 bloq, 1 xəbər, 0 video paylaşdı.
Rəyinizi yazın