Rəqəmsal Akademiya, SEO.az tərəfindən yaradılmış və müasir biznes və marketinq sahələrində peşəkar karyera qurmaq istəyənlər üçün nəzərdə tutulmuş tədris mərkəzidir. Burada SEO, SEM, Rəqəmsal Marketinq, SMM, Content Marketinq, Korporativ idarəetmə və CRM sahələrində yüksək keyfiyyətli təlimlər keçirilir. Tədris proqramlarımız real bazar tələblərinə uyğun tərtib olunub və praktiki biliklər üzərində qurulub.
Tədris Olunan Sahələr
Rəqəmsal Marketinq
Ümumi rəqəmsal marketinq strategiyalarını mənimsəmək üçün bu kurs idealdır. Rəqəmsal marketinq kursunda məhsul və xidmətlərin internet üzərindən tanıdılması, email marketinq, influencer marketinq və analitika kimi sahələrə diqqət yetirilir.
SEO dərsləri
SEO (Axtarış Motoru Optimizasiyası) sahəsində mütəxəssis olmaq və veb saytınızı Google və digər axtarış motorlarında ön sıralara çıxarmaq istəyirsinizsə, bu kurs məhz sizin üçündür. SEO dərslerində açar söz araşdırması, texniki SEO, On-Page və Off-Page SEO metodları öyrədilir.
SEM dərsləri
Axtarış motoru marketinqi (Search Engine Marketing) rəqəmsal reklam strategiyalarını əhatə edir. SEM kursunda Google Ads, PPC reklamları, dönüşüm optimizasiyası və büdcə idarəçiliyi kimi bacarıqlar əldə edəcəksiniz.
SMM dərsləri
Sosial media platformalarından maksimum faydalanmaq və biznesinizi inkişaf etdirmək üçün SMM kursuna qoşulmaq ən doğru seçimdir. Bu kursda Facebook, Instagram, LinkedIn və TikTok reklamları, kontent strategiyaları və izləyici artırma yolları peşəkar müəllimlərimiz tərəfindən öyrədilir.
Content Marketinq
Brendinizi tanıtmaq və hədəf auditoriyanızla əlaqə qurmaq üçün effektiv məzmun strategiyaları öyrənə biləcəyiniz tədris sahəsidir. Burada kontent yazmaq, SEO uyğun məqalələr hazırlamaq, vizual və video marketinq texnikaları ətraflı öyrədilir.
Korporativ Təlimlər
Korporativ kursda komanda idarəetməsi, iş axınının optimizasiyası və məhsuldarlıq strategiyaları haqqında biliklər tədris edilir.
CRM (Müştəri Münasibətləri İdarəetməsi)
CRM sistemləri müştərilərlə əlaqəni gücləndirmək və satışları artırmaq üçün vacibdir. CRM dərslərində müştəri bazasının idarə edilməsi, avtomatlaşdırılmış marketinq həlləri öyrədilir.
Rəqəmsal Akademiya Sizə Nələr Qazandıracaq?
- Peşəkar təlimçilərdən dərslər
- Praktiki təcrübə
- Sertifikat və Karyera İmkanları və s.