/

SEM Kursu

img img
SEM Kursu scaled

SEM (Search Engine Marketing) – axtarış motorları vasitəsilə ödənişli reklam kampaniyaları ilə vebsaytlara trafik cəlb etmək üçün istifadə olunan bir rəqəmsal marketinq metodudur. SEM strategiyaları əsasən Google AdsBing Ads kimi platformalar üzərindən idarə olunur və klik başına ödəniş (PPC – Pay Per Click) modeli əsasında işləyir.

SEO və SEM: Fərqlər nələrdir?

SEO (Search Engine Optimization)SEM çox zaman bir-biri ilə qarışdırılır. Yalnız bu iki yanaşma fərqlidir:

  • SEO SEM-dən fərqli olaraq orqanik axtarış nəticələrində ilk sıralarda çıxmaq üçün istifadə olunan texnikaları əhatə edir. Daha aydın desək orqanik şəkildə yüksəlmədir və uzun zaman ala bilir.
  • SEM marketing isə pullu reklamlar vasitəsilə dərhal nəticə əldə etməyə imkan verir.

SEO uzunmüddətli strategiya olduğu halda, SEM reklam dərhal nəticə qazanmaq üçün idealdır. Əgər Google SEM ilə biznesinizi tez bir zamanda irəli aparmaq istəyirsinizsə, reklam strategiyalarını düzgün təyin etməlisiniz.

 

SEM Marketing və üstünlükləri

SEM marketing aşağıdakı bir sıra üstünlükləri ilə fərqlənir:
Sürətli nəticələr – SEO ilə müqayisədə daha qısa müddətdə vebsayta trafik gətirir.
Dəqiq hədəfləmə – İstifadəçilərin yaş, cinsiyyət, cihaz və coğrafi mövqeyinə görə reklam göstərmək mümkündür.
Rəqabətdə üstünlük – Axtarış nəticələrində reklam verənlər SEO ilə irəliləyən saytlardan yüksək sıralarda olur.
Büdcə nəzarəti – Reklam xərclərini istədiyiniz kimi idarə edə bilərsiniz.

 

Google SEM və PPC Reklamları

Google SEM əsasən Google Ads üzərindən həyata keçirilir və aşağıdakı reklam formalarını əhatə edir:

  • Search Ads (Axtarış Reklamları) – Axtarış nəticələrində öndə görünən mətn əsaslı reklamlardır.
  • Display Ads (Görüntülü Reklamlar) – Vebsaytlarda, bloqlarda və tətbiqlərdə görüntülü banner reklamlardır.
  • Remarketing Ads (Təkrar Hədəfləmə) – Saytı ziyarət etmiş, lakin alış etməmiş istifadəçilərə yönəlmiş reklamlardır.
  • Video Ads (YouTube Reklamları) – YouTube-da göstərilən video reklamlardır.
  • Shopping Ads (Məhsul Reklamları) – Onlayn mağazalar üçün xüsusi məhsul reklamlarıdır.

 

SEM analizi və optimizasiya

SEM analizi nədir? Reklam kampaniyanızın uğurlu olub-olmadığını təyin etmək üçün edilən ölçmələr və statistik təhlillərdir. Google Ads və digər reklam platformalarında aşağıdakı göstəricilər analiz edilir:
🔹 CTR (Click-Through Rate) – Reklamınızı görənlərin neçə faizinin kliklədiyini göstərir.
🔹 CPC (Cost-Per-Click) – Hər klik üçün ödədiyiniz məbləği ölçür.
🔹 Conversion Rate (Dönüşüm Nisbəti) – Reklam vasitəsilə əldə olunan real müştərilərin faizini göstərir.
🔹 ROI (Return on Investment) – Reklama yatırılan vəsaitin geri dönüşünü müəyyən edir.

 

SEO və SEM birlikdə necə işləyir?

SEO və SEM

SEO və SEM birgə tətbiq edildikdə daha yüksək nəticələr əldə etmək mümkündür. SEO və SEM birlikdə aşağıdakı strategiyalarda tətbiq edilir:

  • SEM kampaniyaları ilə sürətli nəticələr əldə edib, uzunmüddətli perspektivdə SEO strategiyalarına yönəlmək.
  • Açar söz analizi edərək, SEM reklamları üçün ən optimal açar sözləri seçmək.
  • Remarketing vasitəsilə orqanik trafik əldə etmiş, lakin alış etməmiş istifadəçilərə yenidən reklam göstərmək.

 

SEM nədir? sualına cavab olaraq, bu strategiyanın hər bir biznes üçün güclü bir rəqəmsal marketinq vasitəsi olduğunu qeyd edə bilərik. SEO SEM fərqi və onların birlikdə istifadəsi, sizə daha effektiv nəticələr qazandıracaq. Əgər Google SEM reklamları və SEM analizi sahəsində biliklərinizi artırmaq istəyirsinizsə, SEO.az SEM kurslarına qoşulun və rəqəmsal marketinq sahəsində peşəkar olun!

SEM dərsləri nə üçün vacibdir?

Axtarış motoru marketinqi, rəqəmsal marketinqin ən effektiv sahələrindən biridir və sürətli nəticələr əldə etmək üçün ən güclü vasitələrdən biri hesab olunur. Google və Bing kimi axtarış motorlarında reklam yerləşdirərək hədəf auditoriyanızı dəqiq seçə, klik və dönüşüm səviyyələrinizi optimallaşdıra və rəqiblərinizdən öndə ola bilərsiniz. SEM dərslərimiz sizə bu sahədə tam bacarıqlar qazandıracaqdır.

SEM dərslərində nə öyrənəcəksiniz?

  • Google Ads Reklamları – Google Ads platformasında kampaniyaların qurulması, optimizasiyası və analizi.
  • PPC (Pay-Per-Click) reklam strategiyaları – Klik başına ödənişli reklamların effektiv idarə olunması və xərclərin optimizasiya edilməsi.
  • Açar söz araşdırması və seçimi – Ən uyğun açar sözləri müəyyən edərək reklam kampaniyalarınızın effektivliyini yüksəltmək.
  • Dönüşüm (Conversion) optimizasiyası – Reklamlardan gələn müştəri trafikin keyfiyyətini artırmaq və satışları yüksəltmək üçün analizlərin aparılması.
  • Remarketing və retargeting strategiyaları – Mövcud müştəriləri yenidən cəlb etmək və reklam kampaniyalarının effektivliyini yüksəltmək.
  • A/B testləri və tnalitika – Kampaniyanızın performansını artırmaq üçün fərqli reklam variantlarını test etmək.
  • Büdcə idarəetməsi və reklam ROI (Geri Dönüş) – Reklam xərclərinizi effektiv idarə edərək maksimum qazanc əldə etmək.
  • Bing ads və alternativ reklam platformaları – Google Ads-dən əlavə olaraq Bing Ads və digər platformalarda reklam yerləşdirmə.

Kimlər üçün uyğundur?

Bu kurs rəqəmsal marketinq sahəsində inkişaf etmək istəyən hər kəs üçün nəzərdə tutulub. Əgər siz:

  • Biznes sahibisiniz və reklamlarınızı effektiv idarə etmək istəyirsinizsə
  • Karyeranızı Rəqəmsal marketinq üzrə qurmaq və ya inkişaf etdirmək istəyirsinizsə
  • Google Ads və PPC reklamlarını peşəkar səviyyədə mənimsəmək istəyirsinizsə
  • SEM strategiyalarını mənimsəmək istəyirsinizsə, o zaman bu kurs sizin üçün idealdır!

Kursa yazıl