/

Ahrefs

Ahrefs veb saytınızın inkişafı zamanı rəqiblərinizin gücünü müəyyən etməyə və onların bu istiqamətdə qabaqlamağa kömək edən analiz alətidir.Ahrefs, müxtəlif kateqoriyalarda fərqli analizlər təqdim edərək SEO üçün bütün ehtiyaclarınızı qarşılayır.

  • seo az
  • 16 Avqust 2022
  • 1,143 dəfə oxundu
  • 0
  • 0 bəyənmə
img img
Ahrefs

Ahrefs hər hansı bir veb saytın backlink mənbələrini, onun əldə etdiyi backlinkləri və SEO-da görülən bütün işləri göstərən SEO analiz vasitəsidir.Ahrefs sizə rəqiblərinizin niyə bu qədər uğurlu olduğunu göstərən ən sadə SEO analiz vasitəsidir, burada veb saytınızın Off Page SEO işlərini görə, bütün backlink məlumatlarını nəzərdən keçirə, geri bağlantıların zərərli olub olmadığını və açar sözlərin rəqabətədavamlı qiymətlərini görə bilərsiniz.

2011-ci ildə backlink analizi üçün ortaya çıxan Ahrefs, daha sonra hesab yoxlamaları, məzmun marketinq təhlili və backlink analizi kimi bir çox başqa mövzuda hesabat hazırlamaq üçün istifadə olunmağa başladı. Moz və Semrush kimi məşhur olan və geniş xüsusiyyətlərə malik SEO aləti olam Ahrefs aylıq abunə paketləri təqdim edir.

Ahrefs necə işləyir, Ahrefs’ in  xüsusiyyətləri

Veb saytlarınızı sizə təklif etdiyi idarəetmə panelinə əlavə etməklə müntəzəm olaraq izləyə bilərsiniz. Siz həmçinin həftəlik, gündəlik və ya aylıq bildirişlərlə itirilmiş backlinkləri , yeni açar sözləri və əlavə qeydləri izləyə bilərsiniz.

Sayt analizi

İstifadəçilərə ümumi baxış, geri bağlantılar, istinad domenləri,  ən yaxşı istinad məzmunu, istinad IP, orqanik açar sözlər, üst səhifələr, səhifələr və itirlən bağlantılar kimi bir çox menyu ilə geniş istifadə təcrübəsi təqdim edən Ahrefs Sayt Explorer xüsusiyyəti ilə siz saytınızın backlink profilini və rəqiblərinizi qısaca görə bilirsiniz. Təhlil etməyə imkan verir, sizə ən uyğun açar sözləri tapmağınıza imkan verir və həmçinin alət axtarış çıxan açar sözləri analiz edərək sıralamanızı da göstərir.

Kontent analizi

Bu, açar sözlərinizin və ya mövzularınızın sosial mediada ən çox oxunan yazıları tapmağa kömək edir.

Açar söz analizi

Veb saytınızda olması lazım olan alternativ və fokus açar sözlərini təhlil edərək yeni idealar və trafik proqnozları əldə etməyə kömək edir. İstifadə edəcəyiniz söz üçün axtarış həcmlərini də müəyyən edən alət hədəflərinizi tapmağınıza kömək edir. Bu qədər çox funksiya ilə Ahrefs açar sözə əsaslanan SEO alətləri arasında ən populyar ola bilər.

Əgər bir SEO mütəxəssisisinizsə və ya veb saytınızı təkmilləşdirmək istəyən birisinizsə, bu SEO üçün istifadə edəcəyiniz ən önəmli açar söz alərlərindən biridir.

image
seo az

Ümumi 5 bloq, 8 xəbər, 3 video paylaşdı.
Rəyinizi yazın