/

Google Search Console

Google dünyanın bir nömrəli axtarış sistemi olduğundan, təbii olaraq SERP-də yüksək yer tutmaq istəyirsiniz. Google Search Console saytınızın Google axtarışında necə performans göstərdiyinə nəzarət etməyə, saytınızın performansını artırmaq və ya …

  • seo az
  • 17 Avqust 2022
  • 1,014 dəfə oxundu
  • 0
  • 1 bəyənmə
img img
Google Search Consol

Google dünyanın bir nömrəli axtarış sistemi olduğundan, təbii olaraq SERP-də yüksək yer tutmaq istəyirsiniz. Google Search Console saytınızın Google axtarışında necə performans göstərdiyinə nəzarət etməyə, saytınızın performansını artırmaq və ya yaxşılaşdırmaq üçün nə edə biləcəyinizi izləməyə kömək edir.Əvvəllər Google Webmaster kimi tanınan bu pulsuz alət sizə axtarış motolarının saytları necə axtarıb indekslədiyini və sonra onların axtarış nəticələrində necə göründüyünü göstərir. Bundan əlavə, Google Serach Console bu axtarış nəticələrində reytinqinizi izləmək, saxlamaq və yaxşılaşdırmaqda sizə kömək edir.

O, həmçinin axtarış nəticənizin necə göründüyü, reytinqlərin yüksəlməsi, enməsi  və düşməyə səbəb olacaq potensial problemləri necə həll etmək barədə sizə fikir verən bir analiz alətidir.

 

 

Search Console Nedir 1

 

Google Search Console’ nun üstünlükləri:

Axtarış nəticələrinin analizi ilə birbaşa saytın təhlil olunması və problemlərin aşkarlanıb, vaxtında həll olunması keyfiyyətlərini özündə birləşdirən Search Console aşağıdakı xüsusi üstünlüklərə sahibdir:

  • Google’ un saytınızı tapıb skan edə bilməsi imkanı yaradır
  • İndeksləmə problemlərini həll edə yeni və ya yenilənmiş məzmunun  indeksləşdirilməsini tələb edə bilərsiniz
  • Saytınız üçün Google Axtarış trafik məlumatlarına baxıb: saytınızın Google Axtarışda nə qədər tez-tez göründüyü, saytınızın görünməsinə səbəb olan axtarış sorğuları və axtarış edənlərin bu sorğular üçün nə qədər klikləməsini görə bilərsiniz
  • Saytınız indeksləşdirmə, spam və ya digər problemlərlə qarşılaşdıqda xəbərdarlıqlar ala bilərsiniz
  • Hansı saytların vebsaytınıza keçidini görə bilərsiniz
  • AMP, mobil istifadə imkanları və digər axtarış xüsusiyyətləri ilə bağlı problemləri həll edir

Google Penalty Guide

Google Search Console  istifadə etməyin ən böyük üstünlüklərindən biri saytınıza qarşı cəzalar və onları necə düzəltmək barədə məlumat əldə edə bilməyinizdir.Google, uyğun hesab edilən məzmuna malik olsa belə, onun təlimatlarını pozan saytları cəzalandırır.Google’ un alqoritmləri və işçiləri vasitəsilə tətbiq etdiyi müxtəlif cəzalar var. Onların arasında:

  • Keyfiyyətsiz məzmun və giriş səhifələri də daxil olmaqla ümumi spam problemləri
  • İstifadəçi tərəfindən yaradılan spam problemləri, o cümlədən şərhlər bölmənizdəki spam keçidləri
  • Veb saytınızda yaranan spam məzmunlar
  • 404 xətası , yanlış yönləndirmələr və  spam saytlara keçidlər
  • Spam saytlardan saytınıza yönəlmiş keçidlər var.

Google bu problemlərdən hər hansı birinə görə saytınızı tapıb cəzalandırarsa, Google Search Console bu problemləri həll etmək üçün sizə məlumat və təlimat verəcək.

Bu analiz alətindən istifadə etmək olduqda asandır. Çünki sadə bir açılış səhifəsi  vardır, indi istifadə edə bilərsiniz.

 

 

image
seo az

Ümumi 5 bloq, 8 xəbər, 3 video paylaşdı.
Rəyinizi yazın