ChatGPT təbii insan dilini başa düşən, təsirli, təfərrüatlı və insana bənzər yazılı mətn hazırlaya bilən prototip danışıq və süni intellekt chatbotudur. Özünü insan kimi göstərən bu chatbot GPT-3.5 dil model sayəsində öz suallarına belə dəqiq cavablar verə bilir.
ChatGPT Google-a alternativ olacaq?
İlk istifadəçilər texnologiyanı Google-a alternativ kimi təsvir edirdilər.Belə ki, o, izahatlar, cavablar və mürəkkəb sualların həlli yolları, o cümlədən kod yazmaq, tərtibat problemlərini və optimallaşdırma sorğularını həll edə bilər.
ChatGPT necə işlər?
Süni intellekt və maşın öyrənməsi üsulu ilə yaradılmış sistem dialoq interfeysi vasitəsilə məlumat vermək və suallara cavab vermək üçün hazırlanmışdır.
“Dialoq formatı ChatGPT-yə sonrakı suallara cavab verməyə, səhvləri etiraf etməyə, yanlış fikirləri cavabladırmağa və uyğun olmayan sorğuları rədd etməyə imkan verir”.
ChatgGPT xüsusiyyətləri
- Sual cavab
- Yazı mətnləri (əsas akademik məqalələr, bədii mətnlər, film ssenarisi və s.)
- Riyazi tənliklərin həlli
- Sazlama və düzəltmə (məsələn, hər hansı kod blokunda səhvləri aşkar etmək və düzəltmək)
- Dillərarası tərcümə
- Mətnin ümumiləşdirilməsi və mətndə açar sözlərin aşkarlanması
- Tövsiyələrin verilməsi
- Təsnifat
- Hər hansısa bir şey nə etdiyini izah etmək (məsələn, kod blokunun nə etdiyini izah etmək)