404 Xətası Nədir?
Http 404 xətası demək olar ki,əksər istifadəçinin internetdə axtarış edən zaman qarşılaşdığı bir xəta növüdür. Bu xəta o deməkdir ki, tələb olunan fayl veb serverlərdə tapılmadı.Əslində istifadəçi serverə qoşulur, lakin istədiyi nəticəyə çata bilmir.
HTTP 404 xətasına nə səbəb olur?
- Faylların serverdə yanlış qovluğa köçürülməsi və ya natamam köçürmə
- Axtarılan səhifənin silinməsi
- Axtarış zamanı edilən orfoqrafik səhvlər
- Axtarılan səhifənin baxım prosesində olması və ya müvəqqəti işləməməsi
- Faylın adnını dəyişdirilməsi
- Səhifələrinizə əlavə etdiyiniz yanlış daxili və xarici keçidlər
HTTP 404 xətasını necə həll etmək olar?
Saytdakı kampaniya kimi müvəqqəti səhifələri sildiyiniz zaman indekslənmiş linklər itmir və kliklədikdə 404 xətası verir. Bunun qarşısını almaq üçün müvəqqəti olan və ya silinməsi nəzərdə tutulan bütün səhifələr 301 yönləndirmə ilə həmişəlik olaraq sayt daxilində başqa uyğun səhifəyə yönləndirilməlidir. Bir səhifəni qısa müddətə silib yenidən aktivləşdirmək istəyirsinizsə, 404 xətasının qarşısını almaq üçün onu müvəqqəti olaraq 302 yönləndirmə ilə başqa uyğun səhifəyə yönləndirə bilərsiniz. Beləliklə, səhifənizin dəyəri azalmayacaq.
Başqa saytlardan verilən yanlış link uzantısı ilə yaranan 404 səhvi həmin səhifəni işlək vəziyyətə gətirməklə həll edə bilərsiniz. Səhifəni ona uyğun olan digər bir səhifəyə 301 redirect yolu ilə yönləndirməklə yazı xətalarına görə baş vermiş 404 xətalarını düzəldə bilərsiniz.
Səhv yönləndirilmiş bağlantılar – Saytdakı menyularda və ya müxtəlif saytlardan yönləndirilən keçidlərdə proqram təminatı istehsalçısı tərəfindən yanlış yönləndirilən sayt bağlantıları səbəbiylə 404 xətası verən səhifələrə rast gəlinir. Bu problemi menyu keçidlərini və məzmundakı keçidləri ziyarətçilər üçün düzgün səhifəyə yönləndirməklə həll edə bilərsiniz.
404 xətalarını necə aşkar etmək olar?
404 xətasının səbəbləri və həlli yolları haqqında məlumat verdikdən sonra, indi bu xətaların aşkarlanması haqqında məlumat vermək vaxtıdır. 404 xətaları əhəmiyyətsiz görünsə də, seo cəhətdən həll olunması çox vacib məsələdir və belə ki, bu problem istifadəçinin saytınızı tərk etməsinə səbəb ola bilər. 404 xətalarını böyük vebsaytlarda aşkar etmək birqədər çətin olur adətən. Ən təsirli 404 xətalarının aşkarlanması Google Analytics vasitəsilə həyata keçirilir, çünki minlərlə keçid və səhifə arasında onları bir-bir yoxlamaq vaxt aparacaq.
Google Axtarış Konsolu (Search console)vasitəsi ilə də 404 xətalarını tapmaq mümkündür. Google təklif etdiyi bu xidmətlərlə həm sayt sahiblərinə, həm də ziyarətçilərə çox faydalı işlər təqdim edir. Veb saytınızda bir çox məlumat əldə edə və təhlil edə biləcəyiniz Search Console aləti ilə 404 xətaları verən səhifələri görə və ehtiyat tədbirlərinə başlaya bilərsiniz. Google Axtarış Konsolu alətindəki “Səhifələr” bölməsində saytınızda mövcud olan 404 xətalarını tapır və sizə göstərir. Bu siyahını optimallaşdırmaqla siz bütün sayt xətalarını minimuma endirəcəksiniz. Siz həm də ziyarətçilərinizə yaxşı istifadəçi təcrübəsi təqdim edəcəksiniz.