//

WordPress-də “301” Redirect

301  Yönləndirmələr saytınızda yer alan URL-ləri yeni bir URL-ə daimi olaraq yönləndirmək deməkdir. Daimi yönləndirmələr saytınızda yer alan hərhansı bir kontenti dəyişmək, həmin kontentin yenisini yaratmaq və ya həmin kontenti ümumiyyətlə silmək istədiyiniz zaman etməli olduğunuz yönləndirmələrdir.

  • seo az
  • 19 Avqust 2022
  • 397 dəfə oxundu
  • 0
  • 11 bəyənmə
img img
301 yonlendirme

301 yönləndirmə haqqında öyrənəcəyimiz məqalədə sizə xüsusi diqqət etməli olduğunuz nöqtələr qeyd edilmişdir.Saytınızda yer alan mövcud səhifələr axtarış sistemləri tərəfindən indexlənibsə və axtarış nəticələrində görünürsə, həmin səhifələrin silinməsi saytınızın sıralamasına mənfi təsir edəcəkdir. Bu halın qarşısını almaq üçün  köhnə URL-lər yeni URL-ə yönləndirilməlidir. Bu zaman köhnə linkin sahib olduğu trafik və sıralama da yeni linkə yönləndiriləcəkdir.

 301 redirect

301 Yönləndirmələrdən niyə istifadə olunur?

301 yönləndirmələrdən silinmiş səhifələr zamanı istifadə edilir və ya hansısa bir səhifənizin o biri səhifəyə yönləndirilməsini istədikdə ondan istifadə edə bilərsiniz. Saytınıza keçid edən istifadəçilərin köhnə və ya silinmiş səhifələrlə qarşılaşmasının qarşısını almaq üçün yönləndirmə etmək uğurlu nəticələr verir. Bu hal eyni zamanda istifadəçi təcrübəsini (user experience) artırır.

Əgər saytınızda işləməyən link varsa, həmin linkləri bənzər kontentlərə yönləndirmək axtarış sistemlərinə saytınızın doğru bir şəkildə işlədiyini göstərir. Bu zam an axtarış sistemləri saytınızda yer alan URL-ləri doğru və sürətli bir şəkildə indexləyir.

 wordpress redirect  yönləndirmə

WordPress-də “301” Yönləndirməsi Necə Edilir?

WordPress-də 301 yönləndirməsi etmək istifadəçilərin çətinlik çəkmədiyi mövzulardan biridir. Belə ki, WordPress istifadəçilərinə SEO baxımdan çox böyük rahatlıq verir. WordPress-də yönləndirmə etməyin birdən çox yolu var. Bu yollardan ən sadəsi pluginlərindən istifadə etməkdir. Bu pluginlərdən istifadə etməklə siz 301 Yönləndirmələrinizi rahat bir şəkildə həyata keçirə bilərsiniz.

Bir digər yol isə, saytın .htaccess faylında düzəlişlər etməkdir. WordPress işlətməyə yeni başlayanlar üçün bu yolu izləmək tövsiyyə olunmasa da  .htaccess üzərindən həyata keçirilən yönləndirmələr uğurlu nəticələr əldə etməyinizə kömək edəcəkdir.

301 Yönləndirmələr ilə 302 Yönləndirmələr Arasındakı Fərq Nədir?

Bu yazımızda yönləndirmələr haqqında ehtiyac duyduğunuz bütün sualları cavabladıq. Lakin 301 yönləndirmələr ilə 302 yönləndirmələr arasındakı fərqə toxunmadıq.

Yuxarıda da ifadə etdiyimiz kimi, 301 daimi yönləndirmələr olaraq qeydə alınır. 302 yönləndirmələr isə keçici yəni, müəyyən müddətlik yönləndirilən linklərdir. Saytınızda yer alan səhifələrin hərhansı biri baxımda olduğu zaman istifadə olunan bu yönləndirmə metodu axtarış sistemlərinə yönləndirmənin keçici olduğunu göstərir.

 

image
seo az

Ümumi 5 bloq, 8 xəbər, 3 video paylaşdı.
Rəyinizi yazın