//

Canonical Tag nədir? Niyə önəmlidir?

Canonical Tag Nədir? “Re canonical” olaraq da adlandırılan canonical  tag -i, axtarış motorlarına əlavə edilmiş səhifənin orijinal, əsas versiyası olduğunu bildirən HTML teqdir. Teq səhifənin <head> bölməsinə əlavə olunur və …

  • Ulvi Bayramov
  • 29 Dekabr 2022
  • 302 dəfə oxundu
  • 0
  • 0 bəyənmə
img img
Canonical Tag haqqinda

Canonical Tag Nədir?

“Re canonical” olaraq da adlandırılan canonical  tag -i, axtarış motorlarına əlavə edilmiş səhifənin orijinal, əsas versiyası olduğunu bildirən HTML teqdir. Teq səhifənin <head> bölməsinə əlavə olunur və belə görünür: <link rel=”canonical” href= ” https://elseo.az “/>

Praktiki olaraq desək, canonical tagi Google-a axtarış nəticələrində hansı səhifənin görünməsini,əsas götürülməsini istədiyinizi bildirir.

404 xətası nədir və necə həll etmək olar? məqaləmiz ilə də tanış ola bilərsiniz.

Niyə Canonikal tag  önəmlidir?

Axtarış motorları botları bütün bir səhifə ilə eyni məzmuna malik olan digər səhifələri URL-ləri fərqli olduğu üçün müstəqil səhifələr kimi görürlər. Beləliklə, Google üçün bu URL-lərin hamısı unikal səhifələrdir:

Canonical tag

https://www.example.com
www.example.com/
http://www.example.com
https://www.example.com/index.php

Bütün insanların bir səhifə görəcəyinə baxmayaraq, Google-da ana səhifənizin 4 unikal nüsxəsi olur. Bu vəziyyət dublikat məzmunla bağlı bəzi problemlərdən əziyyət çəkməyinizə səbəb ola bilər.Kanonik URL-nizə birləşdirən 4 nüsxəyə kanonik teqlərin əlavə edilməsi Google-a digər nüsxələrə məhəl qoymamağı və orijinalı seçməyi bildirir.Qısaca desək əsas səhifənin hansı olduğunu google-a bildiririk. Bir çox dublikat və oxşar səhifələrin siqnal çaşqınlığı yaratmasının qarşısını almaq üçün kanonik teqlər axtarış motorları tərəfindən aktiv şəkildə istifadə olunur.

Dublikat olmasa belə, bir-birinə çox bənzəyən, məzmun və istifadəçi niyyəti baxımından oxşar məqsədlərə xitab edən veb səhifələr ümumi kanonik etiketləmə ilə tək bir səhifəyə işarə etmək üçün veb saytlar tərəfindən istifadə edilə bilər. Belə bir ssenaridə, axtarış motoru botlarının alqoritmləri tərəfindən başqa cür müəyyən edilmədiyi (qərar verilmədiyi) halda, kanonik teqləri olan səhifələr əvəzinə canonical tag elave olunan URL kimi göstərilən veb-səhifə qiymətləndirilir (işarələr edilir).

canonical url

Dublikat və Parametr URL Problemi

Bütün veb-saytlar, xüsusən də e-ticarət saytlarında bir çox veb-səhifələr bir-birinə bənzəyir. Dublikat səhifələr sayt administrasiyası tərəfindən qəsdən yaradılmasa da, veb-saytın infrastrukturuna görə URL-in çoxparametrli versiyası avtomatik olaraq yarana bilər. Belə bir ssenaridə, eyni məzmunlu bir veb səhifənin birdən çox ünvanına axtarış motoru botları tərəfindən daxil olmaq mümkün olduqda, axtarış motoru botları indeksləşdiriləcək əsas URL əvəzinə fərqli URL-i indeksə ala bilər.

URL-in parametrli versiyası eyni məzmunu açdığı müddətcə istifadəçilər üçün problem yaratmasa da, axtarış motoru botları üçün URL-i dəyişdirilən hər bir veb səhifə ayrı bir ünvan, ayrıca səhifədir, buna görə də çoxsaylı oxşar, dublikat səhifələr axtarış motoru botları üçün mənfi keyfiyyət siqnalı və hədəf səhifənin indeksləşdirilməsi üçün siqnal itkisinə səbəb olur. Canonical tag istifadə edilmədiyi ssenaridə, tam eyni olan parametrləşdirilmiş URL-lərdən hər hansı biri axtarış motoru alqoritmi ilə indeksləşdirmə üçün seçilə bilər.

image
Ulvi Bayramov

SEO Mütəxəssisi

Ümumi 7 bloq, 1 xəbər, 0 video paylaşdı.
Rəyinizi yazın