Bu “marketinq” deyilən şey nədir axı?
Marketinq nədir? 🤔 Bu sualı ilk dəfə eşidəndə yəqin ki, çoxlarınızın ağlına dərhal reklamlar, endirim kampaniyaları, ya da hansısa “promolar” gəlir. Amma əslində marketing bundan çox daha dərindir.
Bu yazıda sizi “rəsmi cümlələrdən” bir qədər uzaqlaşdırıb, marketinqi öz sözlərimlə, real nümunələrlə izah edəcəm. SEO.AZ komandası olaraq illərlə bu sahədə işləyərək gördüklərimiz, yaşadıqlarımız çoxdur.
Marketinq — sadəcə satmaq deyil
Düşünün: çox keyfiyyətli bir məhsulunuz var. Mükəmməl hazırlanıb, qiyməti də münasibdir. Amma heç kim onu tanımır. Nə olacaq? Heç nə. Marketinq bu vəziyyəti dəyişdirən sehrdir.
Marketing — bir məhsulun və ya xidmətin insanların ehtiyacına necə cavab verdiyini anlatmaq, onları məlumatlandırmaq və sonda seçimini sənə yönləndirməkdir. Amma bu proses təkcə satışla bitmir. Əsl marketing insanla bağ qurur. Tanıdır, maraq oyadır və etibar yaradır.

Niyə marketinqsiz biznes dayanar?
Ən yaxşı məhsul belə, doğru ünsiyyət olmadan itir. Məsələn, bir dostumuz var — yerli istehsal olunan 100% təbii kosmetik vasitə hazırlayırdı. Məhsulları əladır, amma illərlə satış yox idi. Niyə? Çünki nə kiminsə xəbəri vardı, nə də maraq oyatmaq üçün addım atılmışdı.
Sonra o bizə gəldi, sosial mediada sadə bir strategiya qurduq, hədəfli reklam başladıq — satışlar bir ayda 6 qat artdı.
Demək ki, marketinq sadəcə brend üçün deyil — marketinq onsuz heç bir uğur yoxdur.
Marketinqin əsas növləri – Hansı daha uyğundur?
📱 Rəqəmsal marketinq
Dostlar, bu gün hamımızın əli telefonda, gözümüz isə sosial mediada. Deməli, rəqəmsal marketinq — artıq seçim deyil, məcburiyyətdir. Instagram reklamları, SEO (bəli, bizim əsas sahəmiz 😉), Google Ads, e-mail kampaniyaları – bunların hər biri istədiyin insanlara, istədiyin an, istədiyin mesajı çatdırmağın yoludur.
Rəqəmsal marketing daha ucuz, daha çevik və daha ölçüləbiləndir. Sən reklam verirsən, anında analiz alırsan: kim kliklədi, neçə nəfər baxdı, neçə nəfər aldı – hər şey göz qabağında.
📺 Ənənəvi marketinq — Hələ də iş görürmü?
Düzünü deyim: hamı rəqəmsala qaçsa da, ənənəvi marketing hələ də gücünü qoruyur. TV, radio, qəzet reklamları, broşürlər — xüsusilə yaşlı auditoriya və lokal bazarlar üçün əla işləyir. Yəni hədəfini tanıyırsansa, ənənəvi marketinq sənin xeyrinə işləyə bilər.
Uğurlu marketinq strategiyası necə qurulur?
Marketing strategiyası yaratmaq istəyəndə “haradan başlayım?” sualı gəlir. Qısa desək:
- Kimi hədəfləyirsən? (Auditoriya)
- Onlar nə istəyir? (Ehtiyaclar)
- Sən onlara nə vəd edirsən? (Brend mesajı)
- Harada və necə çatacaqsan? (Kanallar)
- Necə ölçəcəksən? (Analitika)
Biz bir kargo brendi ilə çalışmışdıq. Problem çox sadəydi: insanlar xidmətin sürətli olduğunu bilmirdi. Slogan dəyişdik, “24 saata çatdırırıq” dedik, üstəlik TikTok-da video ilə izah etdik. Sadə dəyişiklik, böyük dönüşüm verdi.
✍️ Content Marketing — Sata bilmədən satmaq
“Bloq yazısı ilə satış olar?” – çox adamın verdiyi sualdır. Cavab: Bəli.
Əgər sən bir məqalə yazırsansa və o yazıda insanı maarifləndirib, eyni zamanda məhsuluna yönləndirə bilirsənsə — sən artıq content marketing edirsən.
Marketinq = Müştəri ilə münasibət
Bəzən düşünürlər ki, marketinq sadəcə “pul al, reklam ver, sat”. Amma əslində bu uzunmüddətli münasibət qurmaqdır.
Sən müştərini nə qədər tanıyırsan?
Onun doğum günündə mesaj yazırsan?
Sosial mediada rəyinə cavab verirsən?
Marketinq budur — bağ yaratmaq, etibar formalaşdırmaq və insanları sənin brendinin bir hissəsi kimi hiss etdirmək.
Sonda: Marketinq, sənə görə nədir?
Əgər bu yazını oxuyursansa, deməli bu sahəyə marağın var. Ola bilər ki, yeni biznesə başlamısan, ya da bir məhsul tanıtmaq istəyirsən. Amma unutma: marketinq olmadan heç bir ideya geniş yayılmaz.
Marketinq nədir sualının cavabı sadədir: insanlara doğru anda, doğru mesajı vermək sənətidir.
Və bəli, bu sənəti hər kəs öyrənə bilər — sən də!
📌 Siz necə düşünürsünüz? Marketinq sizcə yalnız satışdır, yoxsa daha çox? Rəydə fikirlərinizi paylaşın☺️