//

Sitemap nədir və hansı növləri var?

Bu yazıda biz sayt xəritəsinin (sitemap) nə olduğunu, müxtəlif sayt xəritələrinin növlərini, sayt xəritələrinin necə işlədiyini və SEO faydaları üçün sayt xəritələrindən ən yaxşı şəkildə necə istifadə edəcəyinizi araşdıracıyıq.

  • Ulvi Bayramov
  • 20 Dekabr 2022
  • 626 dəfə oxundu
  • 0
  • 0 bəyənmə
img img
Sitemap nedir ve onun novleri hansilardir

Gəlin sayt xəritəsinin (sitemap) nə olduğunu izah edək.Harasa gedərkən istiqamətlərdən əmin olmadığınız zaman, məncə, ən yaxşı seçim xəritədə müəyyən bir yeri axtarmaq və naviqasiyadan istifadə edərək oraya necə çatmağı müəyyənləşdirməkdir.Eyni hadisə axtarış motoru botlarına da aiddir.Beləliklə, məzmununuzun axtarılmasını,skan edilməsi və indeksləşdirilməsini istəyirsinizsə, veb saytınızda sayt xəritəsi (sitemap) faylının olması faydalı ola bilər.

Breadcrumb ilə naviqasiyanı asanlaşdır haqqında olan yazımız ilə də tanış ola bilərsiniz.

SEO və ya veb sayt işləri ilə uzaqdan əlaqəli olsanız belə, əlbəttə ki, sayt xəritəsi (sitemap) terminini bir neçə dəfə eşitmisiniz.Sitemap vasitəsilə axtarış motorlarına veb saytınızın strukturunu anlamağa və XML sayt xəritəsini tətbiq etməklə hansı səhifələrin skan olunacağını müəyyənləşdirməyə kömək edə bilərsiniz.

sitemap

Sitemap nədir?

Sayt xəritəsi (sitemap) veb saytları daha yaxşı başa düşmək və səhifələrin indeksləşdirilməsi üçün axtarış motoru botları və brauzerlər üçün xüsusi olaraq yaradılmış səhifələrdən ibarətdir. Sayt xəritəsi, başqa sözlə, axtarış motoru botlarının veb saytınızda skan etməsini və indeksləşdirməsini istədiyiniz səhifələrin strukturlaşdırılmış siyahısıdır. Sayt xəritəsi başqa cür tapa bilməyəcəyimiz saytınızdakı səhifələr haqqında Google-a məlumat verməyin bir yoludur. Ən sadə dillə desək, XML Sayt Xəritəsi (çox vaxt xml sitemap adlanır) vebsaytınızdakı səhifələrin siyahısıdır.Sayt xəritəsi GoogleBot kimi botları saytı daha yaxşı indeksləşdirməyə istiqamətləndirən bir fayldır.Faylın genişləndirilməsi .xml-dir.

Sayt xəritəsi axtarış sistemlərinin indeksləşdirmə sürətinə böyük təsir göstərir.Sayt xəritəsi sayəsində sayta daxil olan botlar hansı səhifənin yeniləndiyini,ən son nə vaxt yeniləndiyini və hansı səhifənin vacib olduğunu vebmaster tərəfindən müəyyən edilir.Sayt xəritəsi ilə siz məzmununuzu axtarış motorlarına daha sürətli təbliğ edə və daha sürətli indeksləşdirməyə kömək edə bilərsiniz. Başqa sözlə, həm özünüz, həm də Google üçün işi asanlaşdıracaqsınız. Digər bir faydası ondan ibarətdir ki, bu, axtarış motorları botlarına veb saytınızın strukturunu başa düşməyə, hansı səhifələrin skan olacağını, onların nisbi əhəmiyyətini və sonuncu dəfə nə vaxt yeniləndiyini bilmək üçün faydalı bir yoldur.

Sayt xəritəsinin üstünlükləri nələrdir?

Daha Sürətli İndeksləmə: Google, Yandex və s. bu kimi axtarış motorları səhifələriniz haqqında məlumatları daha tez öyrənə bilər və beləliklə, vebsaytı indeksləşdirmək  və axtarış nəticələrində göstərmək üçün faydalı üsul kimi istifadə edilə bilər.
Dərin Səhifələrin Asan İndekslənməsi: Bu, axtarış motorlarına saytınızın daha dərin alt səhifələrini nisbətən tez tapmağa kömək edə bilər.
İndekslənmiş Səhifələrin Monitorinqi: Google Axtarış Konsoluna əlavə edilmiş sayt xəritəsi ilə URL izləmə və potensial problemlərin aşkarlanması daha asan olacaq. 3xx, 4xx, 5xx kimi səhifələrin vəziyyətini tez izləyə bilərsiniz.Qeyd:Sayt xəritəsi mütləq sıralama faktoru deyil. Sayt xəritəsində URL-lərin qeyd edilməsi daha yüksək reytinq qazanmağa birbaşa təsir göstərmir.

Sayt xəritələrinin neçə növü var?

Sayt xəritəsi faylı bir çox növ sahələrə bölünür. Bunlar veb saytınızda dərc edə biləcəyiniz müxtəlif media növlərindən ibarətdir. Bu sahələr üçün ayrıca sayt xəritəsi faylı yaratmaq daha faydalı olardı. Bəs onlar hansılardır?
İki növ sayt xəritəsi var:

  • HTML Sayt Xəritələri
  • XML Sayt Xəritələri

HTML Sayt xəritəsi

HTML Sayt xəritəsi veb saytınızdakı bütün URL-lərin siyahısı olan bir fayldır. Bu, əsasən axtarış motoru botları üçündür. Sitemap  axtarış motoru botlarına saytdakı bütün URL-ləri tapmaq üçün vaxt sərf etmədən tək bir giriş nöqtəsinə imkan verir.Bu cür səhifələri çox asanlıqla yaratmağa imkan verəcək WordPress plaginləri də var.

sitemap xml

XML Sayt Xəritələri

Genişləndirilə bilən İşarələmə Dili (XML) mahiyyətcə mətn faylı ilə eyni olan, lakin faylın/sənədin strukturunu təsvir etmək və əlavə xüsusiyyətləri müəyyən etmək üçün xüsusi etiketlərdən istifadə edən fayl növüdür. XML, HTML (HyperText Markup Language) kimi, axtarış motorlarının skan etməsi üçün xüsusi olaraq hazırlanmış sayt xəritələri yaratmaq üçün istifadə etdiyimiz “işarələmə dilidir”. Onlar HTML sayt xəritəsinin kifayətsiz qaldığı çox böyük veb saytlar üçün xüsusilə vacibdir.

XML Sayt Xəritələri də özlüyündə bir neçə növə ayrılır:

  • Image Sitemaps (Vizual Sayt Xəritəsi)
  • Video Sitemaps (Video sayt xəritəsi)
  • News Sitemaps (Xəbərlər Sayt Xəritəsi)
  • Mobile Sitemaps (Mobil Sayt Xəritəsi)

Bir çox mövzu üçün xüsusi sayt xəritəsi yarada bilərsiniz. Onların necə yaradılacağına dair təfərrüatları Google Mənbələrindən tapa bilərsiniz. Sayt Xəritəsi Təlimatları nədir? Sayt xəritəsi yaratdığınız zaman bəzi məhdudiyyətlərə və qaydalara riayət etməlisiniz və bu təlimatlara əməl etməlisiniz: “Düzgün kodlaşdırma,URL formatından istifadə edin” UTF-8 kodlaşdırmasından istifadə edin və Sayt xəritəsini gzip metodu ilə sıxışdırmalısınız.
Sayt xəritəsi faylı üçün riayət etməli olduğunuz bəzi məhdudiyyətlər var. Sayt xəritənizi optimallaşdırarkən bu məhdudiyyətlərə əməl etməlisiniz.

Bu məhdudiyyətlər aşağıdakılardır;

  • Hər bir sayt xəritəsində 50.000-dən az URL olmalıdır və ya fayl ölçüsü 50 MB-dan çox olmamalıdır.
  • Şəkillər üçün yaradılmış sayt xəritələrində maksimum 1000 URL əlavə edə bilərsiniz.
  • Hər bir URL üçün loc və lastmod XML etiketlərini daxil edin.
  • Vizual sayt xəritələri üçün bu məhdudiyyətlər daxilində bölmədən istifadə edə bilərsiniz.
  • Şəkillərinizi CDN (Content Delivery Network) istifadə edərək əldə edirsinizsə, bu URL ünvanlarının kataloqunuzda olması lazım deyil, CDN-ni müvafiq konsol vasitəsilə yoxlayaraq vizual sayt xəritəsi fayllarınızda istifadə edə bilərsiniz.

 

image
Ulvi Bayramov

SEO Mütəxəssisi

Ümumi 7 bloq, 1 xəbər, 0 video paylaşdı.
Rəyinizi yazın