Google Yeni Axtarış Texnologiyasını, O cümlədən Videodaxili Axtarış Təqdim edir.Google ilk dəfə Hindistanda mövcud olan yeni axtarış texnologiyasını, o cümlədən YouTube videolarını axtarmaq imkanı təqdim edir. Bu yeniliklərin Hindistanda tətbiq edilməsi, gələcəkdə digər ölkələrdə də axktivləşəcəyini göstərir. Çünki yoxlamaq üçün yeni funksiyalar əsas bazarlarda tətbiq edildikdən sonra digər bazarlarda da tətbiq edilir.
İkidilli axtarış nəticələri və videodaxili axtarış
Axtarış şirkətinin ən böyük bazarlarından biri olan Hindistanda Google ikidilli axtarış nəticələri və videodaxili axtarış da daxil olmaqla tamamilə yeni axtarış texnologiyasını təqdim edir.Bu həftə səkkizinci Google Hindistan tədbirini keçirildi və burada Google axtarış xüsusiyyətləri haqqında müxtəlif yenilikləri təqdim etdi.
Google-un yeni axtarış xüsusiyyətləri:
• Videodaxili axtarış
• İkidilli axtarış nəticələri
• İkidilli səsli axtarış
• Google Pay-də təbii dildə axtarış
• Google Lens vasitəsilə əl yazısından mətnə tərcümə
Yeni təqdim olunmuş bu xüsusiyyətlər hələlik Hindistan bazarında tətbiq olunur, nəticələrə uyğun dəyişikliklər ola bilər. Hər halda düşünürük ki, bu yeniliklər SEO işlərinə də təsirli ola bilər. Hər bir xüsusiyyət özü ilə yeni optimizasiya imkanları gətirir.