/

Axtarış nəticərində yeniliklər: İkidilli və videodaxili axtarış

Google Yeni Axtarış Texnologiyasını, O cümlədən Videodaxili Axtarış Təqdim edir.Google ilk dəfə Hindistanda mövcud olan yeni axtarış texnologiyasını, o cümlədən YouTube videolarını axtarmaq imkanı təqdim edir. Bu yeniliklərin Hindistanda tətbiq …

  • Səxavət Cəfərzadə
  • 26 Dekabr 2022
  • 196 dəfə oxundu
  • 0
  • 0 bəyənmə
img img
axtaris sistemleri

Google Yeni Axtarış Texnologiyasını, O cümlədən Videodaxili Axtarış Təqdim edir.Google ilk dəfə Hindistanda mövcud olan yeni axtarış texnologiyasını, o cümlədən YouTube videolarını axtarmaq imkanı təqdim edir. Bu yeniliklərin Hindistanda tətbiq edilməsi, gələcəkdə digər ölkələrdə də axktivləşəcəyini göstərir. Çünki yoxlamaq üçün yeni funksiyalar əsas bazarlarda tətbiq edildikdən sonra digər bazarlarda da tətbiq edilir.

İkidilli axtarış nəticələri və videodaxili axtarış

Axtarış şirkətinin ən böyük bazarlarından biri olan Hindistanda Google ikidilli axtarış nəticələri və videodaxili axtarış da daxil olmaqla tamamilə yeni axtarış texnologiyasını təqdim edir.Bu həftə səkkizinci Google Hindistan tədbirini keçirildi və burada Google  axtarış xüsusiyyətləri haqqında müxtəlif yenilikləri təqdim etdi.

Google-un yeni axtarış xüsusiyyətləri:

• Videodaxili axtarış
• İkidilli axtarış nəticələri
• İkidilli səsli axtarış
• Google Pay-də təbii dildə axtarış
• Google Lens vasitəsilə əl yazısından mətnə tərcümə

Yeni təqdim olunmuş bu xüsusiyyətlər hələlik Hindistan bazarında tətbiq olunur, nəticələrə uyğun dəyişikliklər ola bilər. Hər halda düşünürük ki, bu yeniliklər SEO işlərinə də təsirli ola bilər. Hər bir xüsusiyyət özü ilə yeni optimizasiya imkanları gətirir.

image
Səxavət Cəfərzadə

Elseo MMC-də SEO Mütəxəssisi olaraq şirkətlərin rəsmi vebsaytlarının optimizasiya işlərini görürəm. 2018-ci ildən Rəqəmsal marketinq sahəsində fəaliyyətimdə SEO, SEM, SMM kimi rəqəmsal marketinq xidmətləri göstərmişəm.

Ümumi 11 bloq, 4 xəbər, 0 video paylaşdı.
Rəyinizi yazın