/

Alqoritmik cəzaların müddəti açıqlandı

Bu yazıda Google, məzmun keyfiyyəti ilə bağlı alqoritmik cəza aradan qaldırıldıqdan sonra saytın yenidən sıralanmağa uyğun olması üçün nə qədər vaxt lazım olduğunu açıqlayır.  Burada ən çox maraqlandıran sual spam …

  • Səxavət Cəfərzadə
  • 10 Yanvar 2023
  • 343 dəfə oxundu
  • 0
  • 0 bəyənmə
img img
google alqoritmik cəzalari

Bu yazıda Google, məzmun keyfiyyəti ilə bağlı alqoritmik cəza aradan qaldırıldıqdan sonra saytın yenidən sıralanmağa uyğun olması üçün nə qədər vaxt lazım olduğunu açıqlayır.  Burada ən çox maraqlandıran sual spam məzmunu olan və Google alqoritmaların tərəfindən cəzalandırlan saytların nə qədər müddətə yenidən  təsdiq olunacağı haqqındadır.

google alqoritmik cezalari

Bu sual verilir:

“…Əgər veb sayt spam və ya aşağı keyfiyyətli məzmuna görə alqoritmik olaraq cəzalandırılıbsa, cəza qaldırılmadan əvvəl vebsaytın məzmununun nə qədərini yeniləməlisiniz?”

Cavab budur:

“Keçmişdə yaratmış olduğunuz aşağı keyfiyyətli məzmunu və ya spamı təmizləmək lazımdır. Alqoritmik hərəkətlər üçün saytınızın artıq spam olmadığını müəyyən etmək üçün onu yenidən qiymətləndirməyimiz bir neçə ay çəkə bilər.”

Google saytın keyfiyyətini qiymətləndirmək üçün aylar çəkir. Aydındır ki, aşağı keyfiyyətli məzmunu mümkün qədər tez düzəltmək vacibdir. Lakin bu edildikdən sonra onun axtarış nəticələrinə yenidən qayıtması bir neçə ay çəkə bilər.

John Mueller  alqoritmik cəza haqqında danışdı

John Mueller, 2021-ci ilin noyabrında reytinqini itirmiş bir saytın geri qayıtması üçün nə qədər vaxt lazım olduğuna bənzər bir şey söylədi. Bu bir neçə ayda çəkə bilər hətta yarım ildən çox vaxtda ala bilər.

Muller dedi:

“Düşünürəm ki, veb-saytın ümumi keyfiyyətini və aktuallığını qiymətləndirmək o qədər də asan deyil, ümumiyyətlə keyfiyyətlə məsələləri müəyyən etmək daha çətin olur.Veb sayt məzmununun internetə necə uyğunlaşdığını başa düşmək bizə çox vaxt aparır. Və bu saytın ümumi keyfiyyətində nəzərəçarpacaq dəyişiklikləri hiss etməyimiz  bir neçə ay, yarım il, bəzən hətta yarım ildən çox vaxt tələb edə biləcək bir şeydir. Çünki biz əslində bu veb-saytın ümumi veb kontekstinə necə uyğun olduğuna diqqət yetiririk və bu, çox vaxt aparır.

Alqoritmik cəza zamanı nə edək?

Yuxarıda qeyd olunan fikirlərə əsasən deyə bilərik ki, Google-un alqoritmik cəzası saytın məzmunun yenilənməsindən asılı olaraq tez və ya daha gec aradan qalxa bilər. Spam və keyfiyyətsiz məzmun cəzasına görə, saytin bütün məzmunu yenilənməli və keyfiyyətli yazılar əlavə edilməlidir. Bütün bu proseslərdən sonra, Google alqoritmaları sayta yenidən axtarış nəticlərində göstərə bilər.

Əgər sizdə belə bir problemlər qarşılaşmısınızsa, o zaman dərhal saytın məzmunun yeniləyin və yenidən Google-un onu yoxlaması üçün İndex-ə verin. Əgər məzmunlar yaxşıdırsa, bu cəza Google tərəfindən aradan qaldırılacaqdır.

 

Mənbə – Search Engine Journal

image
Səxavət Cəfərzadə

Elseo MMC-də SEO Mütəxəssisi olaraq şirkətlərin rəsmi vebsaytlarının optimizasiya işlərini görürəm. 2018-ci ildən Rəqəmsal marketinq sahəsində fəaliyyətimdə SEO, SEM, SMM kimi rəqəmsal marketinq xidmətləri göstərmişəm.

Ümumi 11 bloq, 4 xəbər, 0 video paylaşdı.
Rəyinizi yazın