/

SEO-da UX –in əhəmiyyəti daha da artdı

E-A-T – ə bir E daha əlavə edildi. E-A-T həriflərinin mənası  Expertise, Authoritativeness, and Trustworthiness bu sözlər azərbaycan dilində  expert rəyi, reputasiya və etibar kimi tərcümə edilir. Bu sözlər Google …

  • seo az
  • 19 Dekabr 2022
  • 215 dəfə oxundu
  • 0
  • 0 bəyənmə
img img
SEO-da UX

E-A-T – ə bir E daha əlavə edildi. E-A-T həriflərinin mənası  Expertise, Authoritativeness, and Trustworthiness bu sözlər azərbaycan dilində  expert rəyi, reputasiya və etibar kimi tərcümə edilir. Bu sözlər Google axtarış alqoritmasının işləmə prinsilərini ifadə edir. Yəni Google axtarışı aşağıda izzah olunan göstəricilər əsasında sıralayırdı.

E-A-T nədir ki?

  • Expertise- Yazılan  məzmun müəlifinin bu sahədə expert olub-olmamasını müəyyən edir. Və ya expert rəyinin olmasını müəyyənləşdirir.
  • Authoritativeness- Məzmun yazanın çalışdığı sahədə hansı mövqeyə sahib olduğunu müəyyən edir. Sektor üzrə olan reputasiyası kimi məsələləri dəqiqləşdirir.
  • Trustworthiness- Bu isə məzmunun dəqiq kim tərəfindən yazıldığını müəyyən edir. Daha çox müəlif hüquqları və dublikat məzmunların paylaşımasına qarşı olaraq Google bu funksiyadan istifadə edir.

Bu üç göstərici vasitəsi ilə Google məzmunun keyfiyyətini müəyyən edirdi. Müəlifi expert dərəcəsi olan və ya expert rəyi qazanmış yazı, müəlifin çalışdığı sahə üzrə mövqeyi və mənbəyi dəqiq müəyyən edilən məzmunları Google daha ön sıralarda çıxarır.İndi isə daha biri də əlavə olundu, belələliklə istifadəçi davaranışları da bu göstəricilərlə yanaşı axtarış sisteminə təsir edəcək.

E-E-A-T- ın sıralamaya təsiri olacaq?

Google bunu axtarış motorlarının düzgün nəticələr təqdim etməsi üçün istifadə edirdi. İndi isə bunlara əlavə olaraq Experience yəni, E-E-A-T-nı təqdim etmişdir. Burada experience, yəni təcrübə çox önəmli faktor hesab edilir. Belə ki, sayta daxil olan insanların orada neynədikləri və necə istifadə etdikləri, saytda nə qədər qaldıqları və bu kimi xüsusiyətlər nəzərə alınır.

İstifadəçi saytda lazımı qədər qalmırsa və faydalanmırsa bu həmin saytın axtarış reytinqini aşağı salır.

UX birbaşa Google rank-ə yəni sıralamaya təsir edir və onun təsiri zamanla daha da artmaqdadır. Ona görə də uğurlu SEO  etmək istəyənlər, UX-lə bağlı planlarını bir daha nəzərdə keçirməlidir.

 

image
seo az

Ümumi 5 bloq, 8 xəbər, 3 video paylaşdı.
Rəyinizi yazın