//

Saytdaxili Linkləmə nədir?Necə aparılır?

Saytdaxili linkləmə sayt daxilindəki etiketlərin, kateqoriyaların, məqalələrin və səhifələrin əhəmiyyətinə və aktuallığına görə keçidlərlə əlaqələndirilməsidir. Saytdaxili linkləmə saytınızın axtarış nəticələrinin ön səhifələrində görünməsinə imkan verir.

  • Ulvi Bayramov
  • 03 Fevral 2023
  • 383 dəfə oxundu
  • 0
  • 1 bəyənmə
img img
Saytdaxili-linkleme

Saytdaxili Linkləmə nədir?

Saytdaxili linkləmə sayt daxilindəki etiketlərin, kateqoriyaların, məqalələrin və səhifələrin əhəmiyyətinə və aktuallığına görə keçidlərlə əlaqələndirilməsidir. Saytdaxili linkləmə saytınızın axtarış nəticələrinin ön səhifələrində görünməsinə imkan verir. Sayt daxilində link iyerarxiyasını redaktə etmək sizi axtarış nəticələrində ön plana çıxara bilər, çünki saytda ən çox link verəcəyiniz məzmun Google-a bu məzmunun dəyərli olduğuna dair bir siqnal göndərir. Sayt daxilində keçid verərkən, keçid edəcəyiniz məzmunun kateqoriya uyğunluğuna diqqət yetirməli, bir-biriylə az qala körpü təşkil edəcək keçidlərlə keçid iyerarxiyası yaratmalısınız.

Bu məqaləni oxumadan öncə  SEO analizi necə edilir, nələrə diqqət edək ? yazısı ilə tanış ola bilərsiniz.

Daxili linkləmə necə aparılır?

SEO-da saytdaxili linkləmə əsas faktorlardan biri kimi tanınır. Biz sayt daxilində səhifələr, mətnlər, kateqoriyalar və hətta teqlər arasında link bağlantısı verə bilərik lakin, edəcəyiniz bəzi daxili keçidlər saytınıza zərər verə bilər. Saytdaxili keçid zamanı müəyyən bir iyerarxiyaya riayət etmək lazımdır, ona görə də saytınızın məzmun, kateqoriya,səhifələr kimi saytın əlaqələndirici hissələrini təşkil edən bölmələrini əvvəlcədən müəyyən etmək lazımdır. Axtarış nəticələrində ön sıralarda olmaq üçün sayt daxilində səhifələr arasında əlaqə qurarkən müəyyən olunmuş iyerarxiyaya diqqət yetirməlisiniz.

saytdaxili linkləmə

 

Saytdaxili Linkləmə Metrikləri

Aşağıdakı saytdaxili linkləmə metriklərinə əməl etməklə, saytınızın google axtarış nəticələrində ön səhifələrində görünməyinə imkan yarada bilərsiniz.

Populyarlıq

Əmin olun ki, keçid verdiyiniz səhifə və keçid etdiyiniz səhifə populyardır.

Uyğunluq

Sayt daxilində keçid verəcəyiniz səhifələr bir-biri ilə ahəngdar olmalıdır və bu harmoniya aktuallıq səviyyəsi ilə ölçülür. Müvafiq məzmun arasında əlaqə yaratmaqla, saytınıza daxil olan istifadəçilərin səhifədə daha çox vaxt keçirməklərini təmin edə bilərsiniz.

“Anchor” mətn

Saytda keçid edərkən, keçid əlavə etdiyiniz açar sözlərin “anchor” mətni olduğundan əmin olun. Google axtarış nəticələrinə daxil olmaq üçün “anchor” mətni şəklində keçidə diqqət yetirin.

saytdaxili linkleme

WordPress-də Saytdaxili Linkləmə necə edilir?

Sayt daxilində əlaqə yaratmaq üçün məzmununuzun və kateqoriyalarınızın aktuallığını və dəyərini yaxşı müəyyənləşdirməlisiniz. Saytdaxili linkləmə zamanı məzmununuzdan ən vacibini müəyyənləşdirin və bu məzmunu addım-addım daxili əlaqələndirməyi aşağıda izah edək.

  • Açar sözləri təhlil edin
  • İerarxik bir quruluş yaradın
  • Müvafiq məzmuna keçid verin
  • Linkləri “Anchor” Mətni kimi əlavə edin
  • Saytdaxili Linkləmə üçün təqdim edəcəyiniz məzmunu müəyyən edin

Saytdaxili linkləmə üçün ilk öncə keçid edəcəyiniz məzmunu və həmin məzmundan yönləndirəcəyiniz açar sözü müəyyənləşdirin. Açar sözə əsaslanan linkləmə edin və o zaman seçdiyiniz açar söz axtarış nəticələrində yüksək yer tutmağınıza imkan verəcəkdir. Sayt daxilində keçid yaradarkən, etdiyiniz yönləndirmənin axtarış nəticələri və sayt üçün vacib məzmun olduğundan əmin olun.

Hansı Səhifədən Yönləndirəcəyinizi Müəyyən Edin

Əlaqələndirəcəyiniz məzmunu müəyyən etdikdən sonra bu link keçidini hansı səhifə üzərindən verəcəyiniz çox vacibdir. Nüfuzlu bir səhifə vasitəsilə keçid, axtarış nəticələrində ön planda keçid sürətini də artırır. “Ahrefs” aləti ilə siz keçid edəcəyiniz və yönləndirəcəyiniz səhifənin dəyərini öyrənə bilərsiniz.Keçid əlavə edəcəyiniz səhifənin linklə əlaqəli olduğuna əmin olun.Kateqoriya cəhətdən uyğun olması Google tərəfdən kifayət qədər önəmli meyar sayılır.

“Anchor” mətn kimi bağlantı verin

Sayt daxilində məzmunu əlaqələndirərkən, keçidlərin “anchor” mətni olduğundan əmin olun. Məzmununuza keçid verərkən, səhifədən çıxacaq keçidlərin sayının 1-2 olmasına diqqət edin. Həddindən artıq keçid spama düşməyə səbəb ola bilər.

Saytdaxili linkləmə zamanı nəzərə alınmalı olan məqamlar

Saytdaxili keçidi təmin edərkən diqqət etməli olduğunuz bəzi amillər var. Saytdaxili linkləmə edərkən,axtarış nəticələrinin ön səhifələrində olmaq, spama düşməmək və təbii link inşası yaratmaq üçün aşağıdakı maddələrə diqqət yetirin və uğurlu link inşası yaradın.

  • Long Tail tipli açar sözlərə link verin
  • Linkləri “anchor text “ kimi daxil edin.
  • Əlaqəli iç linkləmə yaratmağa çalışın.
  • Link verəcəyiniz səhifələrin keyfiyyətinə diqqət yetirin.
  • 404 xətalı səhifələrə keçid etməyin.
  • Əlaqələndirdiyiniz səhifə yeni tabda açılmalıdır.
  • Saytda ən çox oxunan məqalələrə keçidlər əlavə edin.

Saytdaxili linkləmə işlərinə başlamadan öncə yuxarıdakı nüanslara diqqət etməyiniz tövsiyə olunur. Bu zaman bir səhifədən digərinə, link verilən səhifədən isə link verən səhifəyə uyğun linklərin verilməsi önəmlidir. Daxili linkləməni qeyd edərkən, uyğunluğa diqqət etmək zəruridir. Yəni səhifədən verilən linkə klik etdikdə, açılan səhifə ilə link verilən səhifə arasında məzmun oxşarlığı və ya əlaqə olması nəzərdə tutulur.

image
Ulvi Bayramov

SEO Mütəxəssisi

Ümumi 7 bloq, 1 xəbər, 0 video paylaşdı.
Rəyinizi yazın